You need to upgrade your Flash Player
Ru  |  En
 

İsmayıllıda uşaqlarla görüş

26.07.2010

İsmayıllıda kiçik bir kənddə bir məktəb polietilen tullantıların toplanması və onların Xırdalanda təkrar emal üçün verilməsi ilə məşğul olur. «EkoSfera» Mərkəzinin əməkdaşları məktəblilərin bu layihəsi ilə tanış oldular və «Təmiz Şəhər» ASC-nin tərəfdaşlığı ilə həyata keçirdikləri «Bərk məişət tullantılarının toplanması və çeşidlənməsi (İçərişəhərdə pilot layihə)» layihəsi haqqında uşaqlara məlumat verdilər. Açıq havada biz birlikdə məişət tullantılarını necə çeşidləməyi və bərk məişət tullantılarının utilizasiya metodlarını öyrəndik.

 

 

US Peace Corps Volunteers

26.07.2010
«EkoSfera» Mərkəzinin əməkdaşları və könüllüləri İsmayıllıda ABŞ-ın Dünya Könüllülər Korpusu tərəfindən təşkil olunmuş «Azerbaijani Boys Leadership Experience» düşərgəsindən olan oğlanlarla ekologiya üzrə informasiya xarakterli görüş keçirdilər.

 

İçərişəhərdə uşaqlarla görüş

24.07.2010
Bu gün biz Zərifə Salahovanın Miniatur kitab muzeyində uşaqlar üçün informasiya-yaradıcı xarakterli görüşləri açıq elan etdik. İçərişəhərin kiçik sakinləri iki ay müddətində hər həftə, cümə-bazar günləri «EkoSfera» Mərkəzinin mütəxəssisləri və layihənin könüllüləri, eləcə də dəvət olunmuş usta və rəssamların köməyi ilə ətraf mühitin mühafizəsi, məişət tullantılarının çeşidlənməsi və təkrar emalı, təbii sərvətlərin mühafizəsi problemləri ilə oyun formasında təşkil olunmuş görüşlər vasitəsilə tanış olacaqlar.

 

İçərişəhərdə treninq

23.07.2010
«Təmiz Şəhər» ASC-nin tərəfdaşlığı ilə həyata keçirilən «Bərk məişət tullantılarının toplanması və çeşidlənməsi (İçərişəhərdə pilot layihə)» layihəsi çərçivəsində İçərişəhərin kommunal xidmətinin əməkdaşları üçün informasiya xarakterli treninq keçirilmişdir.

 

 

 

İçərişəhər sakinləri ilə ikinci «çay məclisi»

17.07.2010
«Bərk məişət tullantılarının toplanması və çeşidlənməsi (İçərişəhərdə pilot layihə)» layihəsi çərçivəsində «Təmiz Şəhər» ASC-nin tərəfdaşlığı ilə biz İçərişəhərin gənc xanım sakinləri ilə informasiya xarakterli ikinci görüşü keçirdik.

 

SAMP Niyazinin muzeyində

11.07.2010
Dünyanın müxtəlif ölkə və qitələrindən olan qonaqlar Bakıda Azərbaycanın Musiqi Mədəniyyəti Dövlət Muzeyinin də üzvü olduğu SAMP qitələrarası muzeylər şəbəkəsi xətti üzrə seminara toplaşdılar. «EkoSfera» 10 iyul tarixində işçi qrupun qonaqlarını qəbul etdi, bu gün isə biz birgə Niyazinin muzeyini ziyarət etdik. Dahi bəstəkarın ev-muzeyinin qonaqpərvər və yaradıcı aurası hələ də bütün ziyarətçiləri heyran edir. Musiqi Mədəniyyəti Dövlət Muzeyinin rəhbərliyinin və SAMP iştirakçılarının sayəsində bu günlərdə müxtəlif ölkələrin mədəniyyət və adətlərinin qarşılıqlı təsirini və birliyini hiss edə bildik.

 

SAMP işçi görüşü

10.07.2010
Bu gün biz «EkoSfera»nın ofisində SAMP qitələrarası muzeylər şəbəkəsi xətti üzrə seminarın işçi qrupunun nümayəndələrini qəbul etdik. Görüşün məqsədi: «İctimaiyyətin iştirakı ilə QHT-lərin muzey işinə töhvəsi». Görüşün iştirakçıları bizim təşkilatın fəaliyyəti ilə tanış oldular, sonra isə muzey proqramları və ictimaiyyətlə partnyor münasibətlərin yaradılması birgə müzakirə edildi.

Qonaqlar arasında SAMP təşkilatının rəhbəri Elizabet Olofsson, Tanzaniyada ən böyük muzey hesab olunan Tanzaniya Milli Muzeyinin təmsilçiləri, Filippinin Uşaq İnteraktiv Muzeyinin rəhbərləri və bu muzeydə könüllü kimi fəaliyyət göstərən qız və oğlan, digər şəxslər var idi.

 

 

 

«Ekoçanta Dizayneri» aksiyası

10.07.2010
«Bərk məişət tullantılarının toplanması və çeşidlənməsi (İçərişəhərdə pilot layihə)» layihəsi çərçivəsində biz dizayner ekoçantalarının yaradılması və istifadəsi proqramını keçiririk. «EkoSfera»-nın bu layihəsi Statoil və Avstriya Səfirliyinin maliyyələşdirdiyi ATƏT-in «Təhlükəsizlik və Ətraf Mühit sahəsində Vətəndaş Təşəbbüsləri» Kiçik Qrantlar Proqramı çərçivəsində təsdiq edilmişdir.

 

«Ekoçanta Dizayneri» aksiyamız bu şüar altında keçirilir: «Mən polietilen paketlərin əleyhinəyəm!».

 

 

Bizim proqramlarımızla tanışlıq

09.07.2010
Bu gün biz Qəbələdəki beynəlxalq görüşün iştirakçılarını Abşerondakı tarixi abidələrlə tanış etdik. Ekskursiya zamanı qonaqlar həm də «EkoSfera» tərəfindən Atəşgahda və Qala Tarixi-Etnoqrafik Qoruğunda təqdim olunan proqramlarla tanış oldular.

 

Avropa QHT-lərinin Qəbələdə görüşü

05-07.07.2010

5 iyul tarixində Azərbaycanın Qəbələ rayonunda Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) və BMT-nin Ətraf Mühit Proqramı tərəfindən təşkil olunmuş konfrans işə başladı. Bu tədbir ətraf mühit nazirləri və ekspertlərinin iştirak edəcəyi Avropanın rəsmi şəxsləri səviyyəsində keçiriləcək BMT-nin Baş Assambleyasının bioloji müxtəliflik üzrə növbəti sesiyasına hazırlıq məqsədilə təşkil olunmuşdur.

 

«EkoSfera» (Firuzə Sultan-zadə) 5-6 iyul tarixlərində bioloji müxtəliflik üzrə konvensiyanın iştirakçılarının 10-cu Konfransına hazırlıq olaraq təşkil olunmuş Avropa QHT-lərinin ilkin görüşündə və 7 iyul tarixində Avropa regionu nazirlərinin bioloji müxtəliflik üzrə Konfransında iştirak etdi.

 

 

İçərişəhər sakinləri ilə «Çay məclisi»

17.06.2010
«Bərk məişət tullantılarının toplanması və çeşidlənməsi (İçərişəhərdə pilot layihə)» layihəsi çərçivəsində «Təmiz Şəhər» ASC-nin tərəfdaşlığı ilə biz yerli əhali ilə informasiya xarakterli görüşlər keçirməyə başladıq. «EkoSfera»nın bu layihəsi ATƏT-in Bakı Ofisinin icra etdiyi, Statoil və Avstriya hökumətinin maliyyələşdirdiyi Təhlükəsizlik və Ətraf Mühit üzrə Vətəndaş Fəaliyyəti (TƏMVF) Kiçik Qrantlar Proqramı çərçivəsində həyata keçirilir. Bu gün axşam biz çay süfrəsi arxasında qadınlarla - İçərişəhər sakinləri ilə informasiya xarakterli görüş keçirdik.

 

«Tullantılardan ağac» və ya tullantıların təkrar istifadəsi

05.06.2010
Biz «Təmiz Şəhər» ASC-nin əməkdaşları ilə birgə İçərişəhərdə bərk məişət tullantılarından ağac «əkdik».

 

Qalada Festival

03.06.2010
Heydər Əliyev Fondunun dəstəyi ilə «EkoSfera» Sosial - Ekoloji Mərkəzinin partnyorluğu ilə Qalada ilk ekoloji-etnoqrafik festival keçirildi.

 

İçərişəhərdə Yer Günü!

22.04.2010
«Bu gün gül əkin!»
Beynəlxalq Yer Günündə isti yaz axşamında təşkilatın könüllüləri İçərişəhəri ziyarət etdilər. Bərk məişət tullantıları haqqındakı agitasyon-informasiya kampaniyanın ilk mərhələsini başa catdıraraq biz «Təmiz Şəhər» ASC-nin əməkdaşları ilə birlikdə sorğuda aktiv iştirak etmiş və ev şəraitində tullantıları ayırmağa başlayan sakinlərə həyətlərdə əkmək üçün güllər hədiyyə etdik.

 

Bakı Avropa Liseyində Beynəlxalq Yer Günü!

22.04.2010
Beynəlxalq Yer Gününü biz Bakı Avropa Liseyinin şagirdləri ilə birgə qeyd etdik. Üç sinfin - beşinci, altıncı və yeddinci siniflərin şagirdləri «Bizim İrsimiz» layihəsi üzrə işlədilər, «Ekos» Mükafatını müzakirə etdilər və Vikipedia üçün məqələ hazırlamağı öyrəndilər.

 

Fotoarxiv

«EkoSfera» Mərkəzinin art qrupu